Heydər Əliyev və tolerantlıq
Tolerantlığın fəal şəkildə dəstəklənməsi Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasının əsas aspektlərindən birini təşkil edirdi. Ümummilli lider hesab edirdi ki, mədəniyyətlərin müxtəlifliyinə hörmət ölkədə sabitliyin, birliyin və tərəqqinin təmin edilməsində əsas amillərdən biridir və bəyan edirdi: “Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla yaşaması üçün bütün şərait yaradılacaqdır”. Azərbaycanda harmonik sosial-mədəni məkan yaratmağa çalışan Heydər Əliyev multikulturallığın əsas şərtlərindən olan tolerantlıq ideyasını dəstəkləyirdi. Tolerantlıq prinsipi onun siyasətinin əsas elementinə çevrilmişdi. Buraya təkcə müxtəlifliyin rəsmi tanınması deyil, həm də müxtəlif etnik qrupların mədəniyyətlərinə, dillərinə və adətlərinə fəal dəstək və hörmət daxil idi.16 noyabr – Beynəlxalq Tolerantlıq Günü kimi regionda ilk dəfə Azərbaycanda qeyd edilmişdir. 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə görüş keçirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə olmuşdur. O bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi ənənənin yaranması üçün zəmin hazırlamışdır. Bu dəyərli ənənə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklə müraciət edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.
Heydər Əliyev müxtəlif qrupların mədəni irsini qorumaqla yanaşı, onları bir-birinə daha da yaxınlaşdırmağa çalışırdı. Ümummilli kimliyin formalaşmasına töhfə verən bu siyasət müxtəlif icmaların nümayəndələri arasında dialoq və qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılmasında özünü göstərdi. Bunun sonrakı nəticələrini, məsələn, 2016-cı il 15 yanvar tarixində Heydər məscidində dindarların birgə iştirak etdikləri “Vəhdət” namazının timsalında görə bilərik. Yaxud da fərqli dini konfessiyaların dəfələrlə ölkəmizə qarşı yönəlmiş təxribatlara dair birlikdə bəyanatlar hazırlaması, 44 günlük müharibə zamanı müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək 30 illik işğala son qoyması da bunun ən bariz nümunələrindəndir.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti ölkədə sabitliyə töhfə verməklə yanaşı, onun gələcək inkişafı üçün də zəmin yaratdı. Multikulturalizm etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqlar, müxtəlif etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi tədbirlərini əhatə edir.
Multikulturalizm siyasəti, tolerantlıq prinsiplərinin təşviqi ictimai şüura mühüm təsir göstərdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq", – deyən Ulu Öndərin siyasi irsinin davamçısı Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırdı. “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, – deyən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, milli maraqlara söykənən daxili və xarici siyasət kursunu müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirir.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” bəyan edən, həyata keçirdiyi daxili və xarici siyasətdə bunu əməli surətdə sübuta yetirən Prezident İlham Əliyevin bu işdə ən böyük dəstəkçisi Birinci vitse-prezidentimiz, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanılması, təbliği, həmçinin mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. “Tolerantlıq ünvanı Azərbaycan” devizi altında gerçəkləşdirilən dəyərli layihələr Azərbaycan multikulturalizminin təkcə ölkə daxilində inkişafına deyil, həm də bütün dünyada tanınmasına xidmət göstərir, Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində nüfuzunu artıraraq mədəni-mənəvi mərkəz rolunu təsbit və təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm ideyasının dünya miqyasında fəal müdafiəçisi, 16 illik tarixə malik Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesinin müəllifidir. Azərbaycan dini liderlərin I və II Ümumdünya sammitlərinə, Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə davamlı forumlara, sivilizasiyalararası əməkdaşlığa dair çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi etmişdir.