Eksponatlar

Tolerantliq evi
Tolerantlıq Evində nümayiş edilən Kəbə örtüyü (Kisvə) xüsusi ipək parçadan hazırlanmış, qızılı və gümüşü saplarla bəzədilmiş,üzərində bəzi Quran ayələri yazılmış qapı örtüyüdür. Kəbənin örtüyü hər il Qurban bayramı günü dəyişdirilir və əvvəlki nümunə hissələrə ayrılaraq islam aləmində xüsusi xidmətləri olan şəxslərə verilir. Tolerantlıq Evində nümayiş olunan örtük Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə təqdim olunmuş nümunədir.