Eksponatlar

Tolerantliq evi
XVI–XVII əsrlərə aid bu dəyərli ikona Nicdə (Qəbələ) yerləşən Müqəddəs Məryəm Ana Kilsəsinə məxsus olmuşdur. 1836-cı ildə Alban Kilsəsi erməni qriqorian kilsəsinin idarəçiliyinə verildikdən sonra, yerli Alban-Udi icması kilsəyə getməkdən imtina edərək ibadətlərini evlərində davam etdirmişdir. Bunun nəticəsində, bu kimi müqəddəs ikonalar evlərdə qorunaraq günümüzə qədər gəlib çatmış və Alban-Udi icması tərəfindən "Tolerantlıq evi"nə təqdim edilmişdir.