Pravoslav ailələrlə görüş
2024-cü il 31 dekabr - pravoslav ailələrlə görüş
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Tolerantlıq Evi olaraq, ölkəmizdəki pravoslav ailələri ilə görüş keçirdik.
Ölkəmizdə tarixən müxtəlif dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı, bu gün də milliyyətindən və dinindən asılı olmayaraq, hər kəsin Azərbaycanda mövcud olan bu tolerantlıq ənənələrinə sadiqliyi barədə maraqlı müzakirə keçirildi. Torpaqlarımız uğrunda şəhid olmuş pravoslavların ailələri ilə aparılan söhbətdə xalqımızın həmrəylik ruhunun sarsılmazlığı və tolerantlıq ənənələrimizin gələcək nəsillərə də ötürülməsinin əhəmiyyəti vurğulandı.
Tolerantlıq evinin bayram sovqatlarını təqdim edərək, bayram sevincimizi bölüşdük.