Layihələr

Alban Udi icması ilə görüş

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tolerantlıq Evi olaraq Alban-Udi icmasının nümayəndələri ilə xüsusi bir görüş təşkil etdik. 

Bu əlamətdar tədbirdə milli və mədəni dəyərlərimizin qorunması, icmalar arasında həmrəylik ruhunun gücləndirilməsi və qarşılıqlı hörmətin önəmi vurğulandı. Dəyərli fikir mübadiləsi aparılaraq, ənənələrimizi gələcək nəsillərə çatdırmağın yolları müzakirə edildi.

Görüş birlik, dostluq və həmrəylik ruhunu daha da möhkəmləndirərək, Yeni il sevincinin paylaşıldığı, unudulmaz bir an yaşatdı.