Sərgilər və tədbirlər

Albaniyadan günümüzə:Alban-Udi xristian dini icması ilə tarix,irs və tolerantlıq”

Tolerantlıq Evində “Albaniyadan günümüzə:Alban-Udi xristian dini  icması ilə tarix,irs və tolerantlıq” mövzusunda tarixi-mədəni maarifləndirici görüş və dialoq keçirilmişdir. Məruzəçi qismində Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili çıxış etmişdir. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, Xəzər Universitetinin tələbələri və digər qonaqlar iştirak etmişlər.