Tarix və müasirlik kontekstində islamda tolerantlıq və multikultural dəyərlər
Tolerantlıq Evində “Tarix və müasirlik kontekstində islamda tolerantlıq və multikultural dəyərlər” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Məruzəçi qismində İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov çıxış etmişdir. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin və İlahiyyat İnstitutunun əməkdaşları, yəhudi və katolik icmalarının nümayəndələri və tələbələr iştirak etmişlər.




