Sərgilər və tədbirlər

27 sentyabr - Anım gününə həsr olunmuş tədbir

26 sentyabr 2025-ci il tarixində Tolerantlıq Evində 27 sentyabr - Anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tolerantlıq Evi əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, ölkəmizdəki ənənəvi dini konfessiyaların rəhbərləri və nümayəndələri, İlahiyyat institutunun müəllimləri, müxtəlif din mənsubu olan şəhid ailələri və qazilər, tələbələr iştirak ediblər. 

Tədbirin əsas məqsədi müxtəlif dini icmaların nümayəndələrini bir araya gətirərək, şəhidlərimizin vətənə olan sonsuz sevgisini anmaq, Azərbaycan xalqının birliyini və həmrəyliyini vurğulamaq, eyni zamanda müharibə dövründə nümayiş olunan dini tolerantlıq və qarşılıqlı hörmətin gücünü ictimaiyyətə çatdırmaq olmuşdur.