Tarix və müasirlik kontekstində islamda tolerantlıq və multikultural dəyərlər
2025 -ci il, 24 iyun tarixində Tolerantlıq Evində “Tarix və müasirlik kontekstində islamda tolerantlıq və multikultural dəyərlər” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov məruzə ilə çıxış etmişdir. Görüşdə Tolerantlıq Evinin direktoru Fatma Paşazadə, direktor müavini Ülkər Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, idarənin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu və dini icmasının rəhbəri Hacı Surxay Məmmədli, tədbirin təşkilatçısı, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ruxsarə Quliyeva, Dağ yəhudiləri icması rəhbərinin müavini, ravvin Avraam Yakubov, katolik icmasının mətbuat katibi Toral Ağayev və digər qonaqlar, müxtəlif universitetlərin tələbələri iştirak etmişlər.


