“ASAN Könüllüləri” Tolerantlıq Evində maarifləndirici ekskursiyada iştirak edib
26 noyabr, 2025-ci il tarixində “ASAN Könüllüləri”nin bir qrup üzvü Tolerantlıq Evini ziyarət ediblər. Ziyarət gənclərə Tolerantlıq Evinin yaranması, məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsi ilə başlayıb. Ekskursiya çərçivəsində gənclər ölkəmizin əsrlər boyunca qoruyub saxladığı dini müxtəliflik, birgəyaşayış mədəniyyəti və sülh ənənəsini əks etdirən ekspozisiya ilə yaxından tanış olublar. İştirakçılara Azərbaycanın tarixi tolerantlıq ənənələri, həmin ənənələrin dövlət siyasəti səviyyəsində davam etdirilməsi, bu siyasətin əsas istiqamətləri və Azərbaycanın tolerantlıq modelinin nə qədər dəyərli olduğu barədə ətraflı məlumat verilib. Ekskursiya könüllülərin bilik və təsəvvürlərinin daha da zənginləşməsinə, tolerantlıq dəyərlərinin mahiyyətini dərindən anlamasına imkan yaradıb.
Ziyarət kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Ziyarət kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.










