İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində Tolerantlıq Evini ziyarət edib
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri — Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Tolerantlıq Evini ziyarət edib.
Qonağa mərkəzin fəaliyyəti, ölkəmizdə tolerantlıq dəyərlərinin təşviqi, eləcə də müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı Səlim əl-Malik Tolerantlıq Evində yaradılmış müasir şəraitlə tanış olub, burada həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. O, Azərbaycanın tolerantlıq sahəsində dünya üçün nümunə olduğunu vurğulayıb.
Baş direktor həmçinin mərkəzdə sırgilənın müxtəlif dini icmalar arasında tarixi həmrəyliyin, qarşılıqlı hörmətin və mədəni müxtəlifliyin real göstəricisi olan üç səmavi dini – İslam, Xristianlıq və Yəhudiliyi əhatə edən eksponatlarla tanış olub.
Səlim bin Məhəmməd əl-Malik Tolerantlıq Evində aparılan fəaliyyətləri yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin əməkdaşlıq və qarşılıqlı anlaşmaya töhfə verdiyini qeyd edib.
Ziyarətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri — Rüfət Mahmud, Milli Məclisin deputatı — Cavanşir Paşazadə, ICESCO Regional Ofisinin direktoru Abdulhakeem Fahad Alsenan və digər rəsmi şəxslər iştirak ediblər.






