ABŞ-nin Stirling Fondunun nümayəndələri Tolerantlıq Evini ziyarət ediblər
Bakı, 2 sentyabr 2026 - Fondunun nümayəndələri cənab Mark Conston və xanım Linn Conston Tolerantlıq Evinin ekspozisiyası ilə tanış olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, tolerantlıq dəyərləri və müxtəlif dini konfessiyaların ölkəmizdə əsrlər boyu formalaşmış birgəyaşayış ənənələri haqqında məlumat əldə ediblər.
Muzeyin Xatirə kitabına öz ürək sözlərini yazan qonaqlar burada üç inancın — İslam, Xristianlıq və Yəhudiliyin — bir arada təqdim olunmasını yüksək qiymətləndirdiklərini və bu yanaşmanı təqdirəlayiq hesab etdiklərini vurğulayıblar.







