Xəbərlər və Yeniliklər

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Jong və müavini Johannes Kirpestein Tolerantlıq Evini ziyarət ediblər

Bakı, 8 sentyabr 2026 - Qonaqları Tolerantlıq Evinin direktoru Fatma Paşazadə qarşılayıb. Ziyarət zamanı Tolerantlıq Evində yaradılmış ekspozisiya ilə tanış olan qonaqlara Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti, müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq ənənələri barədə ətraflı məlumat verilib.

 

Görüş zamanı Azərbaycan ilə Niderland arasında qarşılıqlı əlaqələrin inkişafı, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin təbliği ətrafında fikir mübadiləsi aparılıb.

 

Ziyarət səfirin Tolerantlıq Evinin Xatirə kitabına ürək sözlərini yazması ilə yadda qalıb. Xanım səfir dinlərin sülh şəraitində, yanaşı mövcudluğunun xoş təəssürat doğurduğunu və belə bir məkanda olmaqdan şərəf duyduğunu qeyd edib.