Xəbərlər və Yeniliklər

IRCICA-nın baş direktoru Prof. Dr. Mahmud Erol Kılıç və Avropa Türk-İslam Birliyinin təsisçisi və Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyinin fəxri sədri Musa Sərdar Çələbi Tolerantlıq Evini ziyarət ediblər

Bakı, 15 sentyabr 2026 - Ölkəmizdə keçirilən beynəlxalq konfranslar çərçivəsində Bakıda səfərdə olan IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) baş direktoru Prof. Dr. Mahmud Erol Kılıç və Avropa Türk-İslam Birliyinin (ATİB) təsisçisi və Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyinin (UKİD) fəxri sədri Musa Sərdar Çələbi 15 sentyabr tarixində Tolerantlıq Evini ziyarət ediblər. 

 

Tolerantlıq Evinin Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri arasında formalaşmış qarşılıqlı hörmət, dostluq, sülh və həmrəyliyə əsaslanan münasibətləri əks etdirən zəngin ekspozisiyası ilə yaxından tanış olan qonaqlar burada nümayiş etdirilən eksponatların tarixi, dini və mədəni əhəmiyyəti ilə bağlı dərin bilikləri və dəyərli fikirlərini bizimlə bölüşüblər. 

 

Ziyarətin sonunda qonaqlar Tolerantlıq Evinin Xatirə Kitabına öz ürək sözlərini yazaraq, burada nümayiş etdirilən dini-mədəni irs və Azərbaycanda hökm sürən qarşılıqlı anlaşma mühiti barədə xoş təəssüratlarını qeyd ediblər.